Xəzər Xəbər

Ramil Usubovdan əmr Polis gücləndirilmiş iş rejiminə keçir

Gündəm | 12:17 • 13 İyun 2018
Ramil Usubovdan əmr
Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.


Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Xəbər lenti