Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyə qədər ölkənin 41 şəhərinin baş planını hazırlayıb.
Bu barədə Komitənin sədri Samir Nuriyev məlumat verib.
O həmçinin bildirib ki, hazırda daha 3
şəhərin baş planı hazırlanır. Bu rəqəm ilin sonuna qədər artacaq.
Bununla belə, S.Nuriyev söhbətin hansı şəhərlərdən getdiyini
açıqlamayıb.