"Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər".
XəzərXəbər-in məlumatına görə, bunu Prezident İlham Əliyev
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib. Dövlət başçısı deyib
ki, elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb:
"Mənim
yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən
qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu
öndər Heydər Əliyev
iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri
yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər
həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda
tikilməkdə olan 36 meqavat gücündə Ordubad
Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası
öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin
edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır".
"Bu
gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər. Şadam ki, o cümlədən
günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və
Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik
təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan
sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik", -
Prezident İlham Əliyev qeyd edib.
Biz
hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz
səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə
çatacaq"-deyən Prezident İlham Əliyev
bildirib ki, on ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının
qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb: "Qazlaşdırma 100
faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını
təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna
qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on
ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir".