Xəzər Xəbər

İnam Kərimov: “Məqsədimiz kəndliyə yaxın olmaq, fermerlə...”

Gündəm | 13:33 • 16 May 2018
İnam Kərimov:

"Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Lakin bu sahə daim yenilənən bir istiqamətdir”.

XəzərXəbər-in xəbərinə görə, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında nazirlikdə kadr dəyişikliyinin olacağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O deyib ki, bu vaxta qədər nazirlikdə heç kim işindən azad edilməyib:

"Bildiyiniz kimi, bu vaxta qədər Kənd Təsərrüfatı Nazirliyində heç kim işindən azad edilməyib. Sadəcə yerdəyişmələr olub, bu formada da davam edir”.

Nazirlikdə yeni kadrlara daha çox imkan yaradılması ilə bağlı fikirlərə münasibət bildirən nazir, müasir düşüncəli şəxslərə önəm verildiyini diqqətə çatdırıb:

"Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, nazirlikdə innovativ və müasir düşüncəli kadrlar olsun”.

İ.Kərimov nazir təyin ediləndən sonra fermer və aidiyyəti qurumlarla keçirdiyi görüşlərdən sonra aşkarlanan problemlərdən də danışıb:

"Prosesin içərisindəyik, məqsədimiz problemləri eşitməkdir. Cənab Prezident tərəfindən qarşımıza qoyulan əsas fəaliyyət istiqaməti fermerlərə, kəndlilərə yaxın olmaq onların qayğısını dinləmək, problemləri yerində görməkdir. Nazirlik olaraq həmin problemlərin həllinə çalışmaq bizim əsas işimizdir”.

Xəbər lenti