Pakistan İslam
Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın
rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti
Bakıya səfərə gəlib.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.
Səfər
çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri,
agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin
ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və
digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.