Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
İclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılıb və təsdiq edilib.