Muzdlu işdə aylıq gəlir 2500 manatadək olduqda, onun 173 manatı vergidən azaddır.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AzərTAc-a
bildirilib ki, mövcud qanunvericiliyə görə, fiziki şəxsin əsas iş
yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500
manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan
hissəsi, yəni 173 manat gəlir vergisindən azaddır.
Bununla
yanaşı, fiziki şəxslərin müəyyən kateqoriyalarına Vergi Məcəlləsinin
102-ci maddəsində öz əksini tapmış bəzi güzəşt və azadolmalar da nəzərdə
tutulub.
Belə ki, həlak olmuş, yaxud sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarının (ərlərinin) əsas iş yerində hər hansı
muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində,
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin
əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri
isə 100 manat məbləğində azaldılır.