Xəzər Xəbər

ABŞ-a səfərlərdən çəkinin - Türkiyənin cavab addımı

Gündəm | 13:37 • 12 Yanvar 2018
ABŞ-a səfərlərdən çəkinin -

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ tərəfinin analoji addımına cavab olaraq, təhlükəsizlik səbəbindən öz vətəndaşlarına Birləşmiş Ştatlara səfərlərinin çəkinmək barədə xəbərdarlıq edib.

Xezerxeber.az bu barədə Anadolu informasiya agentliyinə istinadla xəbər verir. "ABŞ-da terror aktlarının və zorakılığın artması, həmçinin vətəndaşlarımızın əsassız şəkildə həbs edilməsi və hökumətin onlara qarşı qanunsuz fəaliyyətləri müşahidə olunur. Bununla bağlı vətəndaşlarımıza ABŞ-a səfərləri barədə bir daha düşünmək və təxirəsalınmaz səfərlər zamanı onlara diqqətli olmaq barədə xəbərdarlıq edirik”, - XİN-in bəyanatında belə deyilir.

Bir gün əvvəl ABŞ Dövlət Departamenti terror təhlükəsi və səbəbsiz həbslərlə bağlı amerikalılara imkanları daxilində Türkiyəyə səfərlərdən çəkindirib və bu ölkəni Pakistan, Qvatemala və Sudanla birlikdə "yüksək təhlükə səviyyəsi” olan ölkələr qrupuna daxil edib. Bundan sonra ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Filip Kosnet Xarici İşlər Nazirliyinə çağırılıb və ona Ankaranın etirazı çatdırılıb.

Xəbər lenti