"Xəzər” hərbi
tədqiqatlar institutu adlandıran "qurum”un növbəti qərəzli
statistikasına Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib.
XəzərXəbər xəbər evrir ki, Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan "Xəzər”
hərbi tədqiqatlar institutu adlandıran bir "qurum”un növbəti dəfə
Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli "statistika”sını
tirajlayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistandakı hazırki
ictimai-siyasi, sosial-iqtisadi və ən əsası müdafiə sahəsindəki
vəziyyəti bilərək bu ölkələrin ordularını müqayisə predmetinə çevirmək
düşmənçilik və absurd baxışdan başqa bir şey deyil.
Dövlətimizin
qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb
və Orduda mənəvi-psixoloji durum sağlamlaşıb. Döyüş qabiliyyətinin
yüksəldilməsi məqsədilə müdafiənin ön xəttində zəruri fortifikasiya
işləri və mühəndis-istehkam tədbirləri həyata keçirilərək mövqelər
möhkəmləndirilib, daha etibarlı sığınacaqlar, səngərlər hazırlanıb,
qoşunların maskalanması və mühafizəsi gücləndirilib. Bu səbəbdən də
bütün istiqamətlər üzrə ötən illərlə müqayisədə 2017-ci ildə döyüş və
qeyri-döyüş itkiləri 20% azalıb.
Lakin Ermənistan və onun işğalçı
ordusunda olan real acınacaqlı vəziyyət nəticəsində düşmən itkilərinin
sayı daim artır. Təkcə rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən
tərəfi 32 döyüş, 30 qeyri-döyüş itkisi verib, eləcə də ermənilərin
100-dək yaralısı olub. Müxtəlif mənbələrdən əldə olunan məlumata görə,
isə həqiqətdə erməni tərəfinin real itkiləri rəsmi göstərilən
rəqəmlərdən qat-qat artıqdır.
Artıq cari ilin cəmi 8 günü
ərzində, yalnız rəsmi məlumatlara əsasən işğalçı ordunun 4 nəfər hərbi
qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.
Odur ki, əsası
olmayan, qeyri-rəsmi mənbələrdən toplanaraq Azərbaycan Ordusu haqqında
yanlış və dezinformasiya xarakterli xəbərlərin yayılması mövcud duruma
heç bir ciddi təsir göstərmir. Çünki xalqımız Ordumuzdakı vəziyyəti
yaxşı bilir və Ali Baş Komandanın rəhbərliyi ilə aparılan islahatlar
nəticəsində əldə edilən uğurlardan tam məlumatlıdır.
Belə olduğu
halda bu cür pərakəndə rəqəmləri mütəmadi şəkildə toplayıb, hər dəfə
müxtəlif cəfəng şərhlər əlavə etməklə acınacaqlı vəziyyət təsəvvürü
yaratmağa cəhd göstərmək düşmən dəyirmanına su tökmək məqsədi daşıyır və
bu kimi əməllər ölkəmizi gözü götürməyənlərin maraqlarına xidmət edir.
Aşağıda
göstərilən siyahıda, yalnız Ermənistandan hərbi xidmətə çağırılan
hərbçilər haqqında rəsmi statistika təqdim edilib. Əgər buraya Dağlıq
Qarabağdan çağırılan və erməni ictimaiyyətindən də gizlədilən
məlumatları əlavə etsək, onda ölən erməni hərbçilərin sayı xeyli artar.
1.
04.01.2017
Qaqik Kazinyan
Qeyri-döyüş itkisi (avtoqəza)
2.
15.01.2017
Qaqik Vardanyan
Döyüş itkisi
3.
16.01.2017
Araik Sarkisyan
Döyüş itkisi
4.
18.01.2017
Andranik Musikyan
Döyüş itkisi
5.
23.01.2017
Karen Ulubabyan
Döyüş itkisi
6.
25.01.2017
Şavarş Qalstyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
7.
26.01.2017
Samvel Apinyan
Qeyri-döyüş itkisi (xəstəlik)
8.
06.02.2017
Qor Qareginyan
Döyüş itkisi
9.
08.02.2017
Qarik Zqoyan
Döyüş itkisi
10.
08.02.2017
Qeqam Manukyan
Döyüş itkisi
11.
11.02.2017
Markar Asatryan
Döyüş itkisi
12.
15.02.2017
Qaregin Minasyan
Qeyri-döyüş itkisi (avtoqəza)
13.
17.02.2017
Qaregin Arqamanyan
Qeyri-döyüş itkisi (qazdan zəhərlənmə)
14.
18.02.2017
Lernik Osyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
15.
23.02.2017
Qor Xudinyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
16.
01.03.2017
Qurgen Sarkisyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
17.
01.03.2017
Nver Babacanyan
Döyüş itkisi
18.
28.03.2017
Artak Rafaelyan
Döyüş itkisi
19.
31.03.2017
Qor Ovannisyan
Döyüş itkisi
20.
21.04.2017
Narek Akopyan
Qeyri-döyüş itkisi
21.
24.04.2017
Narek Arutyunyan
Döyüş itkisi
22.
25.04.2017
Karen Avetisyan
Qeyri-döyüş itkisi (naməlum)
23.
26.04.2017
Armen Saturyan
Qeyri-döyüş itkisi (xəstəlik)
24.
28.04.2017
Mqer Arzumanyan
Döyüş itkisi
25.
08.05.2017
Ruben Barsegyan
Qeyri-döyüş itkisi (avtoqəza)
26.
08.05.2017
Rafael Bişaryan
Qeyri-döyüş itkisi (avtoqəza)
27.
08.05.2017
Ruben Mnasakanyan
Qeyri-döyüş itkisi (avtoqəza)
28.
10.05.2017
Qaqik Mesropyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
29.
14.05.2017
Arşak Arşakyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
30.
17.05.2017
Qrişa Karapetyan
Döyüş itkisi
31.
20.05.2017
Karen Danielyan
Döyüş itkisi
32.
26.05.2017
Armen Arutyunyan
Döyüş itkisi
33.
01.06.2017
Melik Xaçatryan
Qeyri-döyüş itkisi (özünəqəsd)
34.
14.06.2017
Narek Mxitaryan
Qeyri-döyüş itkisi (xəstəlik)
35.
16.06.2017
Araik Matinyan
Döyüş itkisi
36.
16.06.2017
Vigen Petrosyan
Döyüş itkisi
37.
16.06.2017
Vardan Sarkisyan
Döyüş itkisi
38.
17.06.2017
Narek Qasparyan
Döyüş itkisi
39.
07.07.2017
Robert Qasparyan
Döyüş itkisi
40.
10.07.2017
Vazgen Poqosyan
Döyüş itkisi
41.
23.07.2017
Vardan Melkonyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
42.
28.07.2017
Arkadiy Xambaryan
Qeyri-döyüş itkisi (özünəqəsd)
43.
14.08.2017
Arman Movsisyan
Döyüş itkisi
44.
14.08.2017
Abas Sloyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
45.
17.08.2017
Vardan Qriqoryan
Qeyri-döyüş itkisi (özünəqəsd)
46.
21.08.2017
Andranik Mkrtçyan
Qeyri-döyüş itkisi (özünəqəsd)
47.
27.08.2017
Artak Bişaryan
Döyüş itkisi
48.
01.09.2017
Ayk Xaçatryan
Döyüş itkisi
49.
28.09.2017
Seyran Sarkisyan
Döyüş itkisi
50.
10.10.2017
Çaplin Markaryan
Döyüş itkisi
51.
19.10.2017
Tiqran Xaçatryan
Döyüş itkisi
52.
21.10.2017
Aram Xaçatryan
Qeyri-döyüş itkisi (qətlə yetiriliblər)
53.
21.10.2017
Qraç Avetisyan
Qeyri-döyüş itkisi (qətlə yetiriliblər)
54.
23.10.2017
Qevorq Xanamiryan
Qeyri-döyüş itkisi (avtoqəza)
55.
28.10.2017
Norayr Ovannisyan
Qeyri-döyüş itkisi (avtoqəza)
56.
04.11.2017
Qrant Manqasaryan
Döyüş itkisi
57.
22.11.2017
Qeqam Zakaryan
Döyüş itkisi
58.
22.11.2017
Sarkis Abramyan
Döyüş itkisi
59.
22.11.2017
Sarkis Melikyan
Döyüş itkisi
60.
22.11.2017
Tatul Tadevosyan
Qeyri-döyüş itkisi (avtoqəza)
61.
25.11.2017
Qarnik Petrosyan
Qeyri-döyüş itkisi (xəstəlik)
62.
12.12.2017
Narek Adibekyan
Qeyri-döyüş itkisi (qətlə yetiriliblər)