Ötən il ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 231 nəfər namizəd seçilərək göndərilib ki, bunlardan da 25 nəfəri qadın hərbi qulluqçulardır.
XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirədə deyilib.