Xəzər Xəbər

Məmmədyarov Moskvada həmsədrlərlə görüşəcək

Gündəm | 13:32 • 14 Noyabr 2017
Məmmədyarov Moskvada həmsədrlərlə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

XəzərXəbər xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Xəbər lenti