Xəzər Xəbər

Şahin Mustafayevin sədri olduğu komissiya Qahirədə toplanacaq

Gündəm | 12:25 • 14 Noyabr 2017
Şahin Mustafayevin sədri olduğu komissiya

2018-ci ilin fevral ayında Qahirədə Misirlə Azərbaycan arasında hökümətlərarası komissiyanın iclası keçiriləcək.

Bunu Misirin Azərbaycandakı səfiri Syüzan Cəmil bildirib.

Görüşdə energetika, siyasət, iqtisadiyyat və digər məsələlər üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Komissiyaya Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, Misir tərəfindən isə Misirin texniki əməkdaşlıq fondunun rəhbəri sədrlik edir.

Xəbər lenti