Xəzər Xəbər

Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb

Gündəm | 17:32 • 12 Oktyabr 2017
Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb

Oktyabrın 12-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib. Həmçinin Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar