Xəzər Xəbər

Bayraq Meydanındakı söküntünün səbəbi AÇIQLANDI

Gündəm | 17:21 • 8 Avqust 2017
Bayraq Meydanındakı söküntünün səbəbi

Dövlət Bayraq Meydanında bayraq dirəyinin sökülməsi ilə bağlı xəbərə aydınlıq gətirilib.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki ,bayraq dirəyi texniki göstəricilərinə görə çox mürəkkəb qurğudur. Hazırda təlimata uyğun olaraq ümumi texniki baxış keçirilir və işlər qiymətləndirilir. Əgər heç bir problem olmasa, dirək və bayraq tez bir zamanda bərpa olunacaq. Nəsə bir nasazlıq və hansısa detalın dəyişməsi lazım gələrsə, əlavə vaxt apara bilər.

Təmir işlərinin bitəcəyi tarix isə hələlik dəqiq bəlli deyil.

Xəbər lenti