Xəzər Xəbər

Nazirlik çimərliklərdə reydlər keçirdi

Gündəm | 12:31 • 8 Avqust 2017
Nazirlik çimərliklərdə reydlər keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakıda sahilboyu zonasında reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən "Aquapark”, "121”, "Amay” istirahət mərkəzlərində, "Delfin” çimərliyində, "Fərdi” iaşə obyektində, "Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, "Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.

Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilikdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar