Xəzər Xəbər

Fransada vaksinin yan təsirləri aşkarlandı

Dünya | 18:06 • 22 Yanvar 2021
Fransada vaksinin yan təsirləri aşkarlandı

"Pfizer/BioNTech” peyvəndinin yan təsirləri qeydə alınıb.


Bu barədə Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb.


Bildirilib ki, vaksinasiya olunan şəxslərdən 135 nəfərdə yan təsirlər müşahidə olunub. Onlardan 9 nəfəri ölüb. Ölənlərin COVID-19 ilə yanaşı, ciddi xroniki xəstəliklərinin olduğu bildirilir.


Yan təsir göstərənlərdə yüksək hərarət, baş ağrısı və ürək bulanması müşahidə olunur. Ümumilikdə, 31 ciddi yan təsir hadisəsi qeydə alınıb, bunlardan 4-ü taxikardiya olub.


Qeyd edək ki, Fransada vaksinasiya kampaniyası 27 dekabrda başlayıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə artıq 823 mindən çox insan vaksinasiyaya cəlb olunub./Publika.az

Xəbər lenti