Xəzər Xəbər

İranda sutka ərzində 8 min nəfər koronavirusa yoluxub

Dünya | 15:08 • 12 Dekabr 2020
İranda sutka ərzində 8 min nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində 8 201 nəfər koronavirusa (COVID 19) yoluxub.


Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 100 818 nəfərə çatıb. Virus daşıyıcılarından 5 739 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 221 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 51 949 nəfərə yüksəlib.


Ölkədə indiyədək 800 743 nəfər koronavirusdan sağalıb. 6,65 milyondan çox diaqnoz testi həyata keçirilib.


İranda 12 rayon qırmızı, 231 rayon narıncı və 205 rayon isə sarı zonadır. trend


Nərmin 

Xəbər lenti