Xəzər Xəbər

Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib

Dünya | 17:45 • 4 Dekabr 2020
Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib

Fransa Milli Assambleyası "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnamənin qəbulundan sonra parlament kimi öz ciddiliyini itirib.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O qeyd edib ki, Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlətin tanımadığı, tanınması iddiasını Ermənistanın belə dilinə gətirmədiyi Dağlıq Qarabağı dövlət olaraq tanımaq qərarı qəbul edən bir parlament ancaq fransız nağıllarında özünə yer tapa bilər: "Fransa hökumətinin də beynəlxalq hüquqa görə, Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları müstəqil bir dövlət kimi tanıyan qətnamə qəbul edən parlamentarilər ancaq komik aktyorlar olaraq iş görə bilərlər. Fransa hökumətini ciddi olmağa dəvət edirik, fransız xalqının bu absurd qərarı qəbul etməyəcəyinə inanırıq”.

Xəbər lenti