Xəzər Xəbər

Vətən müharibəsi şəhidləri yad edilib

Dünya | 15:35 • 4 Dekabr 2020
Vətən müharibəsi şəhidləri yad edilib

Bu gün Azərbaycanın Türkiyədəki Səfirliyinin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.


Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi "Twitter” hesabında bildirilib.


"Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz”, - deyə qeyd olunub.

Xəbər lenti