Xəzər Xəbər

Türkiyədən Çinə ilk ixrac qatarı sabah yola çıxacaq

Dünya | 17:24 • 3 Dekabr 2020
Türkiyədən Çinə ilk ixrac qatarı sabah yola çıxacaq

Türkiyədən Çinə ixrac olunan yükləri daşıyan ilk qatar dekabrın 4-də İstanbuldan yola çıxacaq.


Sabah Türkiyə vaxtilə saat 14:00-da Marmaraydan keçməsi planlaşdırılan qatar Kazlıçeşme Stansiyasında Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun iştirakı ilə yola salınacaq.


Yük qatarı Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan marşrutu ilə Çinə 42 konteynerdə soyuducular aparacaq. Ümumilikdə 8 min 693 kilometr yol qət edərək 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcək və yüklərini Çinə 12 gün ərzində çatdıracaq.azertac



Nərmin Məcidli

Xəbər lenti