Xəzər Xəbər

Türkiyədə polisi güllələyən şəxs tutulub

Dünya | 16:36 • 3 Dekabr 2020
Türkiyədə polisi güllələyən şəxs tutulub

Türkiyənin Kahramanmaraş vilayətində silahlı insident törədən və polisi öldürən şəxs saxlanılıb.


Xezerxeber.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, polisə Antalyada qətl törədək qaçmış 22 yaşlı Muammer Qaradaşın Kahramanmaraşda hoteldə gizləndiyi barədə məlumat daxil olub. Polis onun saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıb. Əməliyyatdan xəbər tutan təqsirləndirilən şəxs hoteldən qaçmağa cəhd edib. Bu zaman qarşısına çıxan iki polisə atəş açıb. Xəstəxanaya çatdırılan polislərdən biri aldığı gülə yarasından orada keçinib. Muammer Qaradaş isə saxlanılıb.


Atif

Xəbər lenti