Xəzər Xəbər

Dünyada neçə ölkənin milli səhiyyə və iqlim dəyişikliyi planı var? - HESABAT

Dünya | 15:30 • 3 Dekabr 2020
Dünyada neçə ölkənin milli səhiyyə və iqlim dəyişikliyi planı var? -

Heç bir ölkənin səhiyyə sistemi iqlim böhranına hazır deyil. Dünyanın 101 ölkəsindən yalnız 51-nin milli səhiyyə və iqlim dəyişikliyi planı var. Amma bu planları həyata keçirmək üçün kifayət qədər maliyyə mənbəyi ayıran ölkələrin sayı 4-ü keçmir.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Lancet Countdown" təşkilatının hazırladığı "Sağlamlıq və İqlim Dəyişikliyi -2020" hesabatında yer alıb.

Paris İqlim Sazişinin 5-ci ildönümü ərəfəsində hesabatın hazırlanmasına Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı da daxil olmaqla 35 fərqli qurumdan 120 mütəxəssis cəlb edilib. 40-dan çox göstəricinin təhlili əassında hazırlanan hesabata görə, Rusiya, ABŞ və bəzi Avropa ölkələri istilik dalğaları səbəbindən ən çox ölümlə üzləşən dövlətlərdir. Adı çəkilən dövlətlərdə son 20 ildə həddindən artıq istilər səbəbindən yaşlı əhalinin ölüm nisbəti 54 faiz artıb.

Mütəxəssislər, qlobal istiliyin 2 dərəcəyə qədər məhdudlaşdırılması üçün təcili tədbirlər görülərsə, bu təsirlərin azaldıla biləcəyinə diqqət çəkiblər.

İqlim dəyişikliyinin heyvanlardan insanlara bulaşan yoluxucu xəstəliklərin səbəb olduğu epidemiya riskini artıracağını nəzərə alaraq, görüləcək tədbirlərin mümkün riskləri də azaldacağı proqnozlaşdırılır.

Atif

Xəbər lenti