Xəzər Xəbər

Müəllimlər və həkimlər koronavirusa qarşı peyvən olunacaqlar - Rusiyada

Dünya | 20:18 • 2 Dekabr 2020
Müəllimlər və həkimlər koronavirusa qarşı peyvən olunacaqlar -

Gələn həftədən etibarən Rusiyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə aparılacaq.


Rusiya Prezidenti Vladimir Putin bu barədə göstəriş verib.


Xezerxeber.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı genişmiqyaslı peyvəndlənməsinə başlamaq planını da açıqlayıb.


Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: "Bu, kütləvi də olmasa, genişmiqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda - müəllimlər və həkimlər üzərində aparılacaq”.

Atif

Xəbər lenti