Xəzər Xəbər

Moldova prezidenti hökuməti istefaya çağırdı

Dünya | 13:33 • 30 Noyabr 2020
Moldova prezidenti hökuməti istefaya çağırdı

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin gələn il üçün dövlət büdcəsi təsdiq olunduqdan sonra istefaya getməli olduğunu bəyan edib.


Prezident bildirib ki, hazırkı hökumət sabiq prezident İqor Dodonun formalaşdırdığı hökumətdir və seçkilərdə məğlub olduğu üçün istefa verməlidir.


Qeyd edək ki, Maya Sandu noyabrın 15-də keçirilmiş prezident seçkilərinin ikinci turunda 57,7 faiz səs toplayaraq Moldovanın ilk qadın prezidenti seçilib./trend


Ramil

Xəbər lenti

Çox oxunanlar