Xəzər Xəbər

Paşinyan real vəziyyətin ortaya çıxmasından qorxur

Dünya | 12:42 • 30 Noyabr 2020
Paşinyan real vəziyyətin ortaya çıxmasından qorxur

Atəşkəslə bağlı bəyanatın imzalanmasından 21 gün keçməsinə baxmayaraq Ermənistan hökuməti silahlı qüvvələrə həqiqi hərbi xidmətlə bağlı yeni çağırış elan etməyib.


Bunu Ermənistanın "Past” qəzeti yazıb.


"Bizim məlumatımıza görə bunun üçün hakimiyyətin bir neçə bəhanəsi var. Onlar qorxur ki, indiki ağır şəraitdə ordunun vəziyyəti barədə hamı həqiqəti bilər və Nikol Paşinyanın yalanlarının üstü açılar.


O biri tərədən müxalifətdə olan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan da daxil olmaqla çoxlu sayda müxalifətçiyə çağırış göndərilsə də, hələ ki onları uzun müddətdir orduya aparmayıblar.


Ona görə belə qənaətə gəlmək olar ki, hakimiyyət çağırışdan özünəməxsus siyasi alət kimi istifadə edir. Belə ki, hökumət insanları çağırışla hədələyir, "girov” kimi götürərək onların siyasi proseslərdə iştirakına imkan vermir”, - məqalədə vurğulanıb./report


Ramil

Xəbər lenti