Xəzər Xəbər

Koronavirusdan qoruyan qidaların adları açıqlandı

Dünya | 18:43 • 29 Noyabr 2020
Koronavirusdan qoruyan qidaların adları açıqlandı

Britaniyalı həkim Gida Meykerin fikrincə, mikroelementlərin müəyyən dəsti ilə birgə fəaliyyət göstərən qida məhsulları orqanizmi koronavirusa qarşı zəruri maddələrlə təmin edə bilər.


XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, Gida Meyker qida məhsullarının tərkibindəki koronovirusdan qoruyan zəruri maddələr barədə "Daily Express" nəşriyyatına məlumat verib.


"İmmun sistemi: A, C, D, E, B6 və B 12, folatlar, sink, dəmir, mis və selen vitamin və minerallar kompleksini tələb edir", - deyə ekspert əsas nutrientləri açıqlayıb


İngilis həkim C vitamini ilə zəngin olan brokoli, şirin bibər, brüssel kələmi və sitrus meyvələrindən istifadə etməyi məsləhət görüb.


Mütəxəssis yaşıl yarpaqlı tərəvəzləri, yerkökü, balqabaq və şirin kartofu orqanizmi A vitamini ilə, qoz-fındıq, ispanaq, təmizlənməmiş günəbaxan yağını isə E vitamini ilə təmin etdiyini bildirir.


D vitamininin qəbulundan danışan həkim bildirib ki, qışda günəş işığının çatışmadığı şəraitdə tərkibində həmin vitaminin olduğu qidaların orqanizmi təmin edə bilmədiyinə görə əlavələr edilməlidir. Həkim həmin məhsullardan mart ayı başlayanadək istifadə etməyi tövsiyə edir.

Xəbər lenti