Xəzər Xəbər

Belçikada əhali karantin qaydalarına görə etiraza qaxdı

Dünya | 18:35 • 29 Noyabr 2020
Belçikada əhali karantin qaydalarına görə etiraza qaxdı

Belçikada karantin əleyhinə nümayiş zamanı yeddi nəfər yaralanıb.


RTBF telekanalının verdiyi məlumata görə, icazəsiz mitinqdə 500-dən çox adam iştirak edib, onlardan 400-ü şəxsiyyətlərinin müəyyən edilməsi üçün saxlanılıb.


Bildirilir ki, iğtişaşlarda dörd polis məmuru yaralanıb.


Belçikanın bir sıra ərazilərində hökumətin karantin məhdudiyyətlərini 2021-ci ilin 1 fevralına qədər uzatması qərarından sonra iğtişaşlar başlayıb.


Xatırladaq ki, Belçikada 574 448 nəfərdə koronavirus aşkar edilib, onların 16 461-i virusdan ölüb.

Xəbər lenti