Xəzər Xəbər

İrəvanda əsgər anaları aksiya keçirir

Dünya | 13:56 • 28 Noyabr 2020
İrəvanda əsgər anaları aksiya keçirir

Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri  İrəvanda növbəti etiraz askiyasına toplaşıb.


Xezerxeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, valideynlər Laçının yaxın günlərdə Azərbaycana qaytarılması ilə əlaqədar övladlarının tezliklə Ermənistana verilməsini tələb edirlər.


Aksiya iştirakçıları tələblərinə cavab alanadək etirazları davam etdirəcəklərini bildiriblər.


Qeyd edək ki, ötən gün etirazçılarla baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı o, valideynlərə noyabrın 30-dək gözləməyi tövsiyə edib.

Xəbər lenti