Xəzər Xəbər

Rusiyada koronavirus xəstələrinin sayı bir gündə 27 100 nəfər artıb

Dünya | 13:10 • 28 Noyabr 2020
Rusiyada koronavirus xəstələrinin sayı bir gündə 27 100 nəfər artıb

Rusiyada ötən gün 27 100 koronavirus xəstəsi aşkar edilib.


 Ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 242 633 nəfərə çatıb.


Bir gündə 27 296 nəfər sağalıb, 510 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 739 470 xəstə sağalıb, 39 068 nəfər ölüb. Hazırda 464 095 nəfər bu xəstəlikdən müalicə olunur.


Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 7320 nəfər artıb.


COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra yenidən dördüncü yerdədir.


Nərmin Məcidli

Xəbər lenti