Xəzər Xəbər

Almaniyada koronavirusa yoluxan pasiyentlərin sayı 1 milyonu ötüb

Dünya | 17:40 • 27 Noyabr 2020
Almaniyada koronavirusa yoluxan pasiyentlərin sayı 1 milyonu ötüb

Almaniyada COVİD-19-a yoluxma göstəricisi bir milyona bərabər acınacaqlı həddi aşıb.


Son sutkada koronavirusa 22.806 yeni yoluxma faktı qeydə alınıb. İndi bu xəstəliyə yoluxanların ümumi sayı 1.006.394 nəfər təşkil edir.


Sutkalıq ölüm halları barədə yeni rəqəmlər rekord göstərici olub. Təkcə dünən COVID-19 nəticəsində ölkənin 426 nəfər sakini ölüb. Srağagün müəyyən edilən bundan əvvəlki rekord 410 nəfər təşkil etmişdi.


Pandemiya dövründə xəstəlik AFR-də ümumilikdə 15.586 nəfərin həyatına son qoyub.


(Azərtac)



Xəbər lenti