Xəzər Xəbər

Paşinyan keçmiş baş qərargah rəisini hədəf seçdi

Dünya | 14:28 • 27 Noyabr 2020
Paşinyan keçmiş baş qərargah rəisini hədəf seçdi

"Ehtiyatda olan general (Movses Akopyanı nəzərdə tutur) mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”.


Bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.


"Xəbərlərə baxın, biz ilk gündən doğrunu söyləyirdik. Bəli, hərbi qanunlarına uyğun. Ancaq diqqətli insan rəsmi məlumatı oxuyaraq hər şeyi anlaya bilərdi”, - baş nazir əlavə edib.


Qeyd edək ki, Ermənistanın keçmiş baş qərargah rəisi general-polkovnik Movses Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.


Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb./report

Xəbər lenti