Xəzər Xəbər

İranda koronavirusdan ölənlərin sayı 46 mini ötdü

Dünya | 13:59 • 27 Noyabr 2020
İranda koronavirusdan ölənlərin sayı 46 mini ötdü

İranda ölümlərin 30 faizinin koronavirusdan baş verdiyi müəyyənləşib.


"Mehr” agentliyi xəbər verir ki, bu barədə İranın səhiyyə naziri İrəc Hərirçi məlumat verib.


Onun sözlərinə görə, son zamanlar COVID-19 nəticəsində ölənlərin sayında azalma müşayiət olunur: "Qırmızı həyəcan xəttində olan 89 şəhərdən 69-da yoluxma sayı azalıb”.


Qeyd edək ki, İranda 46 689 nəfər koronavirusdan ölüb, 908 346 nəfər isə virusa yoluxub./report

Xəbər lenti