Xəzər Xəbər

Türk qadın ABŞ-da prezident seçkilərində ilkə imza atdı

Dünya | 19:12 • 25 Noyabr 2020
Türk qadın ABŞ-da prezident seçkilərində ilkə imza atdı

ABŞ-ın Nyu-Cersi ştatında yaşayan iş xanımı Dərya Taşkın 538 nümayəndədən ibarət Seçki Şurasına Demokratlar Partiyası adından təyin olunan ilk türk mənşəli qadın olub.


XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, o, həmin ştatda Co Bayden və köməkçisi Kamala Harris adına səs verəcək 14 nümayəndədən biri seçilib.


Taşkın 25 ildir ABŞ-da yaşayır və qalib olan Demokratlar Partiyasında müxtəlif vəzifələrdə çalışıb.


Qeyd edək ki, Amerika qanunlarına görə, seçkilərdə qalib gəlməsi üçün namizədlərdən biri seçilmiş nümayəndələrin yarısından çoxunun (538 nümayəndənin 270-nin) səsini almalıdır. Əgər bu olmasa, yəni namizədlərdən biri 50+1 nümayəndə səsini qazana bilməsə, o zaman yeni prezidenti Konqres seçir.

Xəbər lenti