Xəzər Xəbər

İtaliyada rekord ölüm qeydə alındı

Dünya | 18:28 • 25 Noyabr 2020
İtaliyada rekord ölüm qeydə alındı

İtaliyada koronavirusdan ölənlərin sayında rekord artım müşahidə olunub.


XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi son 24 saatda 853 nəfərin vəfat etdiyini açıqlayıb. Ümumilikdə ölənlərin sayı 51 min 306 nəfərə çatıb. Bununla da, mart ayından bu günədək ən çox ölüm faktı qeydə alınıb.


Həmçinin, son sutkada 23 min 232 nəfərdə virus aşkarlanıb. Beləliklə, ölkədə 1 milyon 455 min 22 nəfərdə "COVID- 19" testi müsbət çıxıb.

Xəbər lenti