Xəzər Xəbər

Ermənistanda istefa dalğası: daha iki nəfər işdən azad edildi

Dünya | 11:27 • 25 Noyabr 2020
Ermənistanda istefa dalğası:

Ermənistanda istefa dalğası davam edir.


Xezerxeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, ədliyyə nazirinin müavini Rafik Qriqoryan və iqtisadiyyat nazirinin müavini Naira Marqaryan vəzifədən azad edilib.


Bu barədə baş nazir Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.


Qeyd edək ki, bugünədək Ermənistanda 12 nazirdən 6-sı, eləcə də bir neçə nazir müavini istefa verib.

Xəbər lenti