Xəzər Xəbər

İspaniyanın nüfuzlu qəzeti Qarabağ döyüşlərindən yazdı: PUA-lar səmanın yeni sahibləridir

Dünya | 13:48 • 24 Noyabr 2020
İspaniyanın nüfuzlu qəzeti Qarabağ döyüşlərindən yazdı:

İspaniyanın nüfuzlu "El Pais” qəzeti də Qarabağ döyüşlərində dronların uğuru barədə məqalə dərc edib.


Yazıda erməni qüvvələrinin pilotsuz uçuş aparatları ilə məhv edildiyi bildirilir.


PUA-ların maddi və təsir baxımından daha yaxşı olduğu qeyd olunur. 

 

"Türk PUA-ları səmanın yeni sahibləridir. Hədəfləri yox edir və güclü silah növüdür. Düşmənin kefini pozur. Döyüş meydanında üstünlüyü təmin etməklə yanaşı zərərsizləşdirdiyi hədəfləri lentə alır.


Ermənilər dəfələrlə qarşı tərəfə zərbə vurduqlarını iddia etsələr də, görüntü yaymırdılar. Lakin Azərbaycan Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının gücünü göstərən videolar yaydı”, - deyə məqalədə vurğulanıb./Sfera.az

Xəbər lenti