Xəzər Xəbər

Çexiya sabahdan komendant saatı tətbiq edəcək

Dünya | 17:45 • 27 Oktyabr 2020
Çexiya sabahdan komendant saatı tətbiq edəcək

Çexiya səlahiyyətliləri COVID-19-un qarşısının alınmasına yönəlmiş digər tədbirlərin nəticəsiz qaldığına görə, sabahdan etibarən hər gün axşam saat 9: 00-dan səhər 5: 00-a qədər ölkədə komendant saatı tətbiq etməyə qərar verib.


Bu barədə Avropa mətbuatı çərşənbə axşamı məlumat yayıb.


Son 24 saat ərzində təxminən 10.6 milyon insanın yaşadığı ölkədə 10 mindən çox koronavirus infeksiyası hadisəsi aşkar edilib.


Ümumilikdə, Çex Respublikasında COVID-19-a yoluxan təxminən 163 min xəstə var.


Üstəlik, 5,6 mindən çox insan xəstəxanaya yerləşdirilib və onlardan 800-nün vəziyyəti ağırdır. Pandemiyanın başlamasından bəri ölkədə  2365 xəstə həyatını itirib./konkret.az

Xəbər lenti