Xəzər Xəbər

Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasındayıq

Dünya | 22:55 • 26 Oktyabr 2020
Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasındayıq

Fransa Elmi Komitəsi həyəcanverici açıqlama ilə 52 010 yoluxma faktının qeydə alındığını bildirib.


Komitənin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır:


"Fransada gün ərzində 50 mindən çox yoluxma qeydə alınır. Gündəlik 100 min yoluxmanın astanasında olduğumuzu təxmin edirik”.


O, ölkənin çox çətin, hətta kritik vəziyyətdə olduğunu bildirib.


Qeyd edək ki, Fransa 1 138 507 yoluxma ilə dünya ölkələri arasında beşincidir./oxu.az

Xəbər lenti