Xəzər Xəbər

Bu ölkə koronavirusun üçüncü dalğasına hazırlaşır

Dünya | 08:48 • 22 Oktyabr 2020
Bu ölkə koronavirusun üçüncü dalğasına hazırlaşır

Polşa koronavirus infeksiyasının üçüncü dalğasına hazırlaşır.


Bunu ölkənin baş naziri Mateuş Moravetski deyib.


O bildirib ki, bu, COVID-19-a qarşı dərmanın tapılıb tapılmamasından asılı olacaq:


"Biz indi təhlükəli mənzərə ilə, koronavirusun ikinci dalğası ilə üz-üzəyik. Ola bilər ki, üçüncü dalğa da bizi gözləsin”.


Qeyd edək ki, bu günədək Polşada 192 mindən çox şəxs koronavirusa yoluxub, 3,7 min nəfər həyatını itirib./publika.az


Xəbər lenti