Xəzər Xəbər

İspaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu ötdü

Dünya | 09:11 • 22 Oktyabr 2020
İspaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu ötdü

İspaniyada koronavirus yayılandan bu günədək 1 005 295 yeni yoluxma faktı aşkar edilib.


"TASSA" xəbər verir ki, bu barədə ölkə Səhiyyə Nazirliyinin saytında məlumat verilib.


Ölkədə 988 322 nəfərin virusa yoluxduğu bildirilib. 47 milyon nəfər əhalisi olan ölkədə koronavirus səbəbindən ölənlərin ümumi sayı 34 366-ya çatıb.


Beləliklə, koronavirusa yoluxma sayına görə (1 milyondan çox yoluxma) İspaniya dünyada altıncı və Avropa İttifaqında birinci ölkə olub.


Xəbər lenti