Xəzər Xəbər

Qırğızıstan, Macarıstan və Türk Şurasının birgə mövqeyi

Dünya | 22:14 • 1 Oktyabr 2020
Qırğızıstan, Macarıstan və Türk Şurasının birgə mövqeyi

Sentyabrın 29-da Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə Türk Şurasının Budapeşt Ofisini ziyarət edib.


XəzərXəbər xəbər verir ki, ofisdə Türk Şurasının Baş katibi Bağdad Amreyevin də iştirakı ilə üçtərəfli görüş keçirilib.


Tərəflər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin əhəmiyyəti ilə bağlı mövqelərini bir daha təkrarlayıb.

Xəbər lenti