Xəzər Xəbər

Azərbaycan səfiri Emmanuel Makrona cavab verdi

Dünya | 17:58 • 1 Oktyabr 2020
Azərbaycan səfiri Emmanuel Makrona cavab verdi

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransa prezidenti Emmanuel Makronacavab verib.

Fransanın dövlət başçısı Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı"Twitter”də paylaşım edib.

O yazıb: "Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”.

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev E.Makronun yazdıqlarını paylaşaraq ona cavab verib.

"Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”, - səfir vurğulayıb./report

Xəbər lenti