Xəzər Xəbər

BMT Baş katibi: “İnsanları koronavirusla bağlı dezinformasiya öldürür”

Dünya | 15:39 • 29 Sentyabr 2020
BMT Baş katibi: “İnsanları koronavirusla bağlı dezinformasiya öldürür”

BMT Baş katibi Antonio Quterreş dünyada koronavirusdan ölüm sayının təəccüb doğurduğunu deyib.


Bu barədə "RİA Novosti” xəbər yayıb.


"Dünyamız dəhşətli bir mərhələyə qədəm qoyub: COVID-19 pandemiyası bir milyon insanın həyatına son qoyub. Bu təəccüb doğuran rəqəmdir”, - deyə o bildirib.


Eyni zamanda A.Quterreş qeyd edib ki, virusun yayılmasının, iş yerlərinin itirilməsinin və sarsıntıların sonu görünmür:


"Bu problemin öhdəsindən gələ bilərik. Səhvlərdən nəticə çıxarmalıyıq. Məsuliyyətli rəhbərlik vacibdir. Elm və əməkdaşlıq önəmlidir”.


Onun fikrincə, insanları koronavirusla bağlı dezinformasiya öldürür.


Baş katib insanları dünya peyvənd əldə edənə qədər məsafə saxlamağa, maska ​​taxmağa və gigiyena qaydalarına riayət etməyə çağırıb.

Xəbər lenti