Xəzər Xəbər

Ərdoğan Türkiyəli millət vəkillərinə təşəkkür etdi

Dünya | 20:55 • 28 Sentyabr 2020
Ərdoğan Türkiyəli millət vəkillərinə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Böyük Millət Məclisində Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat qəbul olunması ilə əlaqədar  təşəkkürü yayımlanıb.


Türkiyə Prezidenti TBMM üzvlərinin Azərbaycanın yanında olduğunu bildirən bu bəyanatla əlaqədar Türkiyə xalqı və öz adından təşəkkür edib, qətiyyətli davranışına görə millət vəkillərini təbrik edib.


Qeyd edək ki, bəyanata Xalqların Demokrat Partiyası (HDP) xaric, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya imza atıb./apa

Rubrikanın digər xəbərləri

Xəbər lenti