Xəzər Xəbər

ABŞ daha bir fəlakətlə üz-üzə: “Super donuzlar”ın işğalı qorxu yaradıb

Dünya | 14:27 • 25 Sentyabr 2020
ABŞ daha bir fəlakətlə üz-üzə:

Amerikalılara vəhşi donuzların sürətlə artan populyasiyası ilə bağlı xəbərdarlıq edilib. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, hazırda ən az altı milyon baş vəhşi donuz var, ancaq onların sayının daha da artacağı gözlənilir.


Bu barədə "Sports Grind Entertainment” nəşri xəbər yayıb. Bildirilir ki, Texas, Florida və Kaliforniya ştatları daha böyük təhlükə altındadır.


Ümumiyyətlə, donuzların populyasiyası son 30 ildə 17 ştatdan 39 ştata yayılıb. Hər il onlar kənd təsərrüfatına təxminən 2,5 milyard dollar ziyan vururlar.


ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Milli Vəhşi Donuz İzləmə Proqramının meneceri Deyl Nolti vəziyyəti "potensial saatlı bomba” adlandırıb.


"Onlar çox sürətlə çoxalırlar. İki minə yaxın baş olsaydı, nəsə bir şey etmək olardı. Ancaq milyon olduqda, sürünün əvvəl dörd, sonra səkkiz milyona çatması çox vaxt almır”, - deyə o, bildirib.

Xəbər lenti