Xəzər Xəbər

Çində ilin sonunadək koronavirusa qarşı 600 milyon peyvənd istehsalı planlaşdırılır

Dünya | 13:50 • 25 Sentyabr 2020
Çində ilin sonunadək koronavirusa qarşı 600 milyon peyvənd istehsalı planlaşdırılır

Çində ilin sonunadək koronavirusa qarşı 600 milyon doza, 2021-ci ildə isə 1 milyard dozadan çox peyvənd istehsalı planlaşdırılır.


Xezerxeber.az Sinxua agentliyinə istinadən xəbər verir ki, bu rəqəmləri Çin Elm və Texnika Nazirliyinin Biotexnologiyalar Mərkəzinin rəhbəri Çjan Sinmin bu gün keçirilən mətbuat konfransında açıqlayıb.


Onun sözlərinə görə, koronavirusun azacıq mutasiyası hazırda ona qarşı hazırlanın vaksinlərin effektini azaltmağa qadir deyil. Bu mutasiya norma daxilində gedir. "Hazırda sınaqları keçirilən vaksinlərin istehsal ediləcəyi təqdirdə, onlar koronavirusun bütün fəsadları ilə uğurla mübarizə apara biləcək”, - deyə Çjan Sinmin bildirib.

Xəbər lenti