Xəzər Xəbər

Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Dünya | 10:45 • 25 Sentyabr 2020
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

"Son sutka ərzində Fransada 16 mindən çox yeni COVID-19 hadisəsi qeydə alınıb, bu yeni bir anti-rekorddur”.


 


Bu barədə ölkənin "Sante Publique” Sanitariya Xidməti məlumat yayıb.


 


Bildirilib ki, ölkədə koronavirus epidemiyasının başlanğıcından bəri ümumi yoluxma sayı 497 mindən çox olub. Onlardan 31511 nəfəri dünyasını dəyişib. 


 


Son 24 saat ərzində 52 nəfərin öldüyü bildirilib.


 


Qeyd edək ki, Fransa Səhiyyə naziri Olive Veran çərşənbə günü keçirilən mətbuat konfransında ölkədəki epidemioloji vəziyyətin pisləşməyə davam etdiyini söyləyib. Nazir qeyd edib ki, "yüksək risk" zonasına daxil olan Paris, Lill, Ruane, Ren, Monpeliye şəhərləri də daxil olmaqla bir sıra mərkəzlərdə sərt məhdudiyyətlər tətbiq edilib. Həmçinin, Marsel və Qvadelupa "maksimum təhlükə zonası” elan edilərək bar və restoranların tamamilə bağlanacağı bildirilib.

Xəbər lenti