Xəzər Xəbər

Rusiyada daha 149 nəfər koronavirusdan öldü

Dünya | 11:56 • 24 Sentyabr 2020
Rusiyada daha 149 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 6 595 nəfərə COVID-19 diaqnozu qoyulub.


Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.


Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 128 836 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 149 nəfər artaraq 19 948-ə yüksəlib. 


Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 929 829 nəfər sağalıb.


Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 050 nəfər./report

Xəbər lenti