Xəzər Xəbər

BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır

Dünya | 09:14 • 24 Sentyabr 2020
BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır

Britaniya və BMT dekabrın 12-də iqlim dəyişikliyinə qarşı mübarizə sammiti keçirəcək.


TASS-ın verdiyi məlumata görə, bu barədə BMT-nin mətbuat xidmətindən xəbər verilib.


Görüş Paris iqlim sazişinin imzalanmasının beşinci ildönümünə təsadüf edəcək.


"Son araşdırmalar istixana qazlarının konsentrasiyasının rekord səviyyəyə çatdığını göstərir. Bununla əlaqədar BMT-nin Baş katibi Antoniu Quterriş və İngiltərənin Baş naziri Boris Conson 12 dekabrda keçiriləcək dünya liderlərinin görüşünün həmsədrləri olaraq çıxış edəcəklər", - beynəlxalq təşkilatdan bildirilib.


Tədbirin əyani və ya virtual formatda keçiriləcəyinə aydınlıq gətirilməyib.


Paris Sazişi 12 dekabr 2015-ci ildə iqlim dəyişikliyinə dair Çərçivə konvensiyasının 21-ci konfransından sonra qəbul edilib. Sazişə əsasən iştirakçı ölkələr planetdəki ortalama hərarətin sənaye öncəsi dövrlə müqayisədə 2100-cü ilədək Selsi üzrə iki dərəcədən çox artmasının qarşısını almaq razıliğına gəliblər. Sənəd xüsusilə istixana qazlarının azaldılmasını nəzərdə tutur./trend


Xəbər lenti