Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünya | 09:08 • 24 Sentyabr 2020
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 32 milyon nəfəri ötüb.


XəzərXəbər-in məlumatına görə, bu barədə pandemiyanın statistikasını aparan "Worldometer” saytı bildirib.


Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 32 milyon 110 nəfərə çatıb. Onlardan 978 985 nəfəri ölüb, 23 556 281 nəfəri isə sağalıb.


Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 119 713), Hindistanda (5 727 750) və Braziliyada (4 602 241) qeydə alınıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Xəbər lenti